Əsas məzmuna keç
Gunay Interior

Haqqımda

Günay — Memar və interyer dizayneri

Layihələndirdiyim klassik villanın görüntüsü

Yaşayış, kommersiya və ictimai obyektlər üzrə memarlıq layihələndirməsi və interyer dizaynı ilə məşğulam. İşdə məkanın gündəlik istifadəsindən çıxış edirəm: layihə əvvəlcə insanın hərəkəti, işıq və mənzərə üzərində qurulur, forma bundan sonra gəlir.

Layihəni eskizdən hazır çertyoj dəstinə qədər özüm aparıram: zonalaşma və mərtəbə planları, fasadlar, kəsik, ölçüləndirmə, material palitrası və işıq planı. Hər mərhələ 3D görüntülərlə müşayiət olunur ki, qərar kağız üzərində qalmasın.

Ayrıca mebel modelləşdirməsi ilə də məşğulam — kreslo və divan kimi elementlər ölçüsünə qədər qurulub studiya işığında render edilir.

Xidmətlər

ƏlaqəBütün layihələr