Eksteryer və fasad
Fasad kompozisiyası, material palitrası, həyət və giriş həlli — klassikdən müasirə qədər.

Fasad tikilinin çöldən oxunduğu yerdir. Kompozisiya həcm həlli ilə birlikdə qurulur: pəncərə ritmi, kölgə salan elementlər, künc və giriş vurğuları, material keçidləri.
Üslub sifarişçinin seçimidir. Klassik fasadda nizam və simmetriya əsas götürülür — künc daşları, karnizlər, tağvarı giriş; müasir fasadda isə material təzadı işləyir: boz daş fakturası, isti ağac panellər və geniş şüşələnmə.
Eksteryer yalnız divarla bitmir: giriş yolu, terras, hasar və yaşıllıq da eyni layihənin hissəsidir. Material seçimində iqlim nəzərə alınır — külək və duzlu hava üzlük materialına ciddi tələb qoyur.