Əsas məzmuna keç
Gunay Interior

Mood & Mug kafesi

Kiçik kafenin interyer layihəsi: dekorativ suvaq, tağvarı divar oyuqları və uzun oturacaq zolağı bir palitrada birləşdirilib.

Mood & Mug kafesi — Kiçik kafenin interyer layihəsi
Kateqoriya
Kommersiya

Zal iki hissəyə bölünüb: divar boyu uzanan yumşaq oturacaq zolağı və mərkəzdəki sərbəst dayanan yuvarlaq masalar. Bar prilavkası girişdən görünən nöqtəyə yerləşdirilib ki, növbə axını qalan oturacaqlara mane olmasın.

Material palitrası dörd tondan ibarətdir: tünd qoz ağacı, qara metal, boz dekorativ suvaq və bukle parça. Rəngli vurğu yalnız qırmızı oturacaqlardadır. İşıqlandırma iki qatdır — masaların üstündə istiqamətlənən relsli çıraqlar, ümumi fon üçün isə yayılmış işıq.